Əsas magistral yolunda yararsız yeraltı piyada keçidləri - FOTO + VİDEO

Bakı-Qazax magistral yolunun Kürdəmir rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində yeraltı piyada keçidləri yararsız hala düşüb. Buna görə də kənd sakinləri üçün yolu keçmək onların həyatı bahasına başa gəlir. Avtsofer.az xəbər verir ki, bu barədə "report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, magistral yolun kəndin içindən keçməsini nəzərə alaraq həmin əraziyə 3 ədəd yeraltı keçid inşa edilsə də, hazırda keçiddən istifadə etmək mümkün deyil.
Sakinlərin sözlərinə görə, bu yolu keçmək onlar üçün çox çətinliklər yaradır: "Bu yol ən çox məktəblilər üçün təhlükəlidir. Hər gün uşaqlarımızı məktəbə aparıb-gətirmək məcburiyyətindəyik. Qış aylarında dumanlı hava şəraiti zamanı avtomobilləri görmək mümkün olmur. Ona görə də bu ərazidə tez-tez yol qəzası baş verir".
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin (NN) "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, magistral yolun sözügedən hissəsində təmir işləri yekunlaşmayıb: "Bakı-Qazax magistral yolunun Kürdəmir rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində hazırda təmir işləri aparılır. Həmin ərazidə müvəqqəti yol nişanları quraşdırılıb və sürət həddi saatda 40-50 kilometr göstərilib. Sadəcə olaraq sürücülər sürət həddinə riayət etmirlər. O ki, qaldı həmin ərazidə olan yeraltı keçidlərin vəziyyətinə, yaxın vaxtlarda magstral yol tamamilə istifadyə verildikdə keçidlərdə də bütün şərait yaradılacaq. Həm piyadalar, həm də mal-qaralar üçün nəzərdə tutulmuş keçidlərdən asanlıqla istifadə etmək mümkün olacaq".
Xatırladaq ki, sözügedən ərazidə bir neçə gün öncə 24 yaşlı kənd sakinini, bir il əvvəl isə 2-ci sinif şagirdini yolu keçmək istəyərkən maşın vurub. Hər iki piyada dünyasını dəyişib.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!

















