"Əsas problem qarın yağdığı dağlıq bölgələrdə olub"

Dekabrın 3-dən etibarən ölkə ərazisində hava şəraitinin dəyişməsi, qar və yağış yağması nəticəsində bəzi yollarda problem yaranıb.
Avtosfer.az xəbər verir ki, bu arədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib. Əsas problem qarın yağdığı dağlıq bölgələrdə olub: "Hazırda Quba rayonunda Xınalıq kəndinə gedən yolda problem var: yağan qar yolu bağlayıb. Hazırda orada qarın təmizlənməsi və yolun açılması istiqamətində iş gedir. Əraziyə əlavə texnika cəlb olunub. Yəqin ki, yol günorta saatlarınadək açılacaq. Oxşar vəziyyət Şamaxı-Pirqulu-Dəmirçi kəndi yolunda da yaranıb. Orada qar yağaraq yolu bağlayıb. Amma oradakı vəziyyət Xınalıq yolundakı kimi çətin deyil. Orada da yol yaxın saatlarda açılacaq. Başqa digər rayonların heç birində avtomobil yollarında problem yoxdur".
"Azəryolservis" əlavə edib ki, yağan yağış yol təsərrüfatına ziyan vurmayıb. Sadəcə Bakıda bəzi yollarda suyun yığılması ilə əlaqədar müəyyən problemlər yaşanır. Təəssüf ki, kanalizasiya sistemləri bəzi yerlərdə köhnə olduğundan suyu vaxtında çəkməyə çatdırmır.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş
Elektrikləşdirilmiş dəmir yolları niyə yenidən ön plana çıxır? – EKSPERT
Sürücülük vəsiqəsi ilə bağlı inqilabi təklif – 25 yaşdan sonra…
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI - YENİLƏNİB
Bakıda kimlər pulsuz avtobuslardan istifadə edə biləcək? – AÇIQLAMA
Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ










