Əsgərlərimiz Sünikdə iki kəndə daxil olub - Paşinyan dəstək verdi

“Sunik vilayətində Azərbaycanla sərhəd nöqtələrinin müəyyən edilməsi üçün proses gedir”. Avtosfer.az bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzurda sərhədlə bağlı erməni tərəfinin qaldırdğı hay-küyü şərh edərkən deyib. Onun sözlərinə görə, bu işin öz nüansları və çətinlikləri var. “Biz əminik ki, bu iş aparılmalıdır. Bu, Sunikin və Ermənistanın təhlükəsizliyi üçün vacibdir. Bizim və Müdafiə Nazirliyinin mövqeyi belədir ki, bu fəaliyyətlə biz Ermənistan üçün yeni təhlükəsizlik sistemi formalaşdırırq”.
Paşinyanın sözlərinə görə, iki yaşayış məntəqəsi-Vorotan və Şurnux kəndlərində sərhədin müəyyən edilməsi ilə bağlı müəyyən suallar çıxa bilər. Bununla bağlı gündəlik iş aparılır: “Bu suallar müəyyən ağrılı situasiyanın ortaya çıxamsına gətirə bilər. Bütün hallarda hökumət o sakinlərə tam həcmdə kompensasiya ödəyəcək”.
Məlumatlara görə, hazırda Şurnuxda və Vorotanda sərhəd delimitasiyası ilə bağlı iş aparılır. “Hazırda azərbaycanlılar Şurnuxdadırlar, delimitasiya ilə bağlı iş aparırlar”-deyə kəndin icra nümayəndəsi Akop Arşakyan “Sputnik Armenia”ya deyib.
Onun sözlərinə görə, GPS-lə aparılan delimitasiya yekunlaşsa kəndin yarısı Azərbaycanın nəzarətinə veriləcək.
Azərbaycan hərbçiləri Sunikdəki Vorotan kəndinə də daxil olublar. Gorusun vitse-meri Menya Ovsepyan məlumatı təsdiqləyib və deyib ki, demarkasiya çərçivəsində kəndin bir hissəsi Azərbaycanın nəzarətinə veriləcək. Hazırda bu iki kənddə rus sülhməramlıları, Azərbaycan hərbçiləri və Ermənistan sərhəd qoşunlarının nümayəndələri müzakirə aparır. Sərhədlə bağlı GPS ölçmələrindən sonra Azərbaycan hərbçiləri kəndi tərk edib.
Bu ərazilər Gorus-Qafan yolunun sağ tərəfində yerləşir və demarkasiya xətti buradan keçməlidir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












