Etnik azərbaycanlıların İrana İsrail agenti kimi yerləşdirilməsi iddiaları absurddur - Hikmət Hacıyev

Son günlər bəzi media qurumlarında və sosial media platformalarında Azərbaycanla bağlı tamamilə əsassız və uydurma məlumatlar yayılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında bildirib.
“Son zamanlar bəzi media və sosial media hesablarında tamamilə əsassız və uydurma iddialar yayılıb ki, guya Azərbaycan etnik azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adına İrana yerləşdirir. Bu cür absurd və fantaziyaya əsaslanan iddiaların reallıqla heç bir əlaqəsi yoxdur və qəsdən dezinformasiyadan başqa bir şey deyil. Bu cür saxta xəbərləri və əsassız ittihamları qəti şəkildə rədd edirik”, - Hikmət Hacıyev vurğulayıb.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı











