ETSN: "Gündüz saatlarından ölkə ərazisində hava şəraiti sabitləşəcək"

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sentyabrın 4-ü saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv və güclü olub, bəzi rayonlarda güclü şimal-qərb küləyi əsib.
Düşən yağışın miqdarı Astarada 89.0 mm (aylıq normanın 45 %-i), Lənkəranda 43.0 mm (aylıq normanın 25 %-i), Qubada 11.0 mm, Altıağacda 7.0 mm, Sarıbaş (Qax), Şabran, Xınalıq, Xaltanda 4.0 mm, Qrız, Qusarda 3.0 mm, Lerik, Yardımlıda 2.0 mm, Göytəpə, Biləsuvar, Daşkəsən, Yevlax, Nabran, Kişçay (Şəki), Kürdəmir, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağa, Sumqayıtda 1.0 mm-dək olub.
Külək: sentyabrın 3-ü axşam 4-nə keçən gecə bəzi rayonlarda şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən alğanın hündürlüyü 4.6 metrə çatıb.
Sentyabrın 04-ü səhər saatlarından güclü şimal-qərb küləyi 9-13 m/s-dək zəifləyib.
Havanın maksimal temperaturu: Bakıda 30°-dək isti olub.
Qeyd edək ki, bu gün gündüz saatlarından ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












