Ev almaq istəyənlərə şad xəbər: Qiymətlər ucuzlaşacaq

"Uzun illərdir əmlak bazarında ciddi qiymət artımları baş verir. Evlərin sənədləşdirilməsi əmlak bazarına çox müsbət təsir göstərəcək".
Avtosfer.az xəbər veürir ki, bunu unikal-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, qiymət artımları ona görə baş verir ki, əmlakların böyük hissəsi müxtəlif növ kredit şərtləri ilə satılır:
"Alıcılar daha çox nağd pulla deyil, kreditli şərtlərlə əmlak alırlar. Bu zaman kreditli şərtlərlə satıla bilən əmlakların sayı azdır. Ucuz həyət evləri çıxarışlarla təmin olunarsa, bu, əmlak bazarına on minlərlə ucuz əmlakın daxil olması deməkdir. Bununla aztəminatlı insanların birmənalı olaraq ev problemləri həll olunacaq. Bu gün həyət evlərinin qiymətinə baxsaq, təxminən 25-30 min manatdan ortlama 100 min manata qədər fərdi yaşayış evləri satılır ki, həmin həyət evlərində çıxarışların olmaması səbəbindən bu əmlaklar normal qaydada alqı-satqı oluna bilmir, ipotek ilə satıla bilmir və s.
Amma bunlara çıxarışlar verilərsə, 40-50 min manat civarında evlərdir. Bunlar kreditlə satılanda ilkin ödənişi minimal, aylıq ödənişləri də az olacaq. Bu, insanları ev problemlərini aradan qaldırmaqla bərabər kirayələrdən də qurtarmış olacaq".
Qeyd edək ki, Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










