Evləri zərər görmüş vətəndaşlara kompensasiya veriləcək? - AÇIQLANDI

Ötən 2 gün ərzində paytaxt ərazisinə yağan yağış ciddi fəsadlara səbəb olub. Xüsusən, su basması və aşınmaya görə həyət evlərinin böyük bir qismində dağıntılar meydana gəlib. Bu cür evlərə çıxarışın yoxluğu daşınmaz əmlakla bağlı sığortalanmanı da qeyri-mümkün edir.
Avtosfer.az “Yenisabah”a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, dəyən zərərin başlıca səbəbi kanalizasiya sisteminin bərbad halda olması ilə bağlıdır:
“Yağışla bağlı problemlər ən çox həyət evlərində özünü göstərdi. Bu tipli evlərin yerləşdiyi məhəllələr plansız şəkildə inşa olunub və bir çoxunda kanalizasiya sistemi mövcud deyil. Hətta evlərin əksəriyyətində kanalizasiya suları özbaşına inşa olunan və “şambo” deyilən quyulara axıdılır. Belə olduqda adi yağışlarda belə torpaq suyu çəkə bilmir və bu cür fəsadlar yaranır. Xüsusilə, Bakının Sabunçu, Suraxanı və Qaradağ rayonu ərazisində yerləşən qəsəbələrdə bu daha çox xarakterikdir. Digər tərəfdən, relyefi çökək olan ərazilərdə tikilən evlərə yağış sularının axması da ciddi fəsadlar yaratdı. Bu kimi səbəblər ucbatından cəmi 1 gün davam edən yağışda belə, sadalanan problemlər meydana çıxdı”.
Ekspertin fikrincə, bu kimi hallarda vətəndaşlar icra hakimiyyəti orqanlarına müraciət etməlidir:
“Xüsusən, paytaxt ərazisində yeni kanalizasiya kollektorlarının yoxluğu evlərə ciddi fəsad yaratdı. Bu isə həm vətəndaşa, həm də dövlətin özünə zərər yetirən amildir. Təbii ki, belə evlərin əksəriyyətinin çıxarışı olmadığından sığortalanması da mümkün deyil. Bu kimi səbəbə görə vətəndaşların icra hakimiyyəti orqanlarına müraciəti zamanı dəyən zərərin qismən və ya tam ödənilməsi istiqamətində işlər görülür. Adətən, icra hakimiyyəti orqanları evlərin sığortalanmamasını nəzərə alaraq, imkan daxilində onlara ayrılmış vəsait hesabına hansısa yardımlar göstərir. Düşünürəm ki, indiki halda da vətəndaşlar aidiyyəti qurumlara müraciət edilsə, onlara ən azı tikinti materialları və s. yardımlar göstərilə bilər”.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












