FHN Dövlət Yanğın Nəzarəti Xidməti məktəblərdə maarifləndirmə tədbirləri keçirir - FOTO

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Nazirlikdən verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəki şəhər 5 nömrəli, Şəki rayon Qoxmuq kənd, Zaqatala şəhər 2 nömrəli, Qəbələ şəhər 4 nömrəli, Şamaxı şəhər 1 nömrəli, Ağsu şəhər 3 və 4 nömrəli tam orta məktəblərində, Balakən şəhər Humanitar və texniki təmayüllü liseyində, Balakən rayon İnteqrasiya təlimli internat tipli gimnaziyasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şirvan şəhər 16 nömrəli, Hacıqabul şəhər 10 nömrəli, Sabirabad şəhər 2 nömrəli tam orta məktəblərində və Salyan şəhər 7 saylı Texniki fənlər təmayüllü lisey-məktəbində, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Sumqayıt şəhər 2, 5, 16, 21 və 25 nömrəli tam orta məktəblərində yanğına qarşı maarifləndirmə tədbiri keçirib.
- ÜST nümayəndəsi: Uşaqların vaksinasiyasına ölkə özü qərar verməlidir
- Tovuzda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
- Baş Prokurorluq "Instagram"da sual-cavab sessiyası keçirəcək
Məktəblərin müəllim və texniki heyəti üçün keçirilən tədbirlərdə yanğın təhlükəsizliyinə dair qaydalar, o cümlədən odsöndürənlərdən istifadə üsulları, yanğın baş verən zaman təxliyə yolları haqqında, qızdırıcı, havalandırma, elektrik qurğularına texniki nəzarətlə bağlı tələblər və ”112” qaynar xətti barədə məlumat verilib.
Tədbirlərdə, həmçinin, ərazilərin daim təmiz vəziyyətdə saxlanılmasnın, təhsil müəssisələrinə məxsus obyektlərin normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd edilib ki, yanğın təhlükəsizliyi qaydalarına dair çap materialları müvafiq yerlərdən asılmalı, yanğına qarşı su təchizatı mənbələri və qurğuları müvafiq normalara uyğun vəziyyətdə saxlanılmalıdır.
Sonda suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA


















