«Formula-1» üçün Bakıya gələn əcnəbilərin sayı 10 mini keçməyəcək

«Formula-1» üzrə Avropa Qran Prisinə gələn əcnəbilərin sayı 10 mini keçə bilməyəcək. Bu barədə yürüşün təşkilatçısı Arif Rəhimov "Motorsport"a açıqlama verib. O, şəhər otellərindəki yerlərin məhdud olmasını səbəb göstərib: "Hazırda Bakıda otel otaqlarının sayı 9500-dür. Bunun 2500-ə qədərini "Formula-1"in səhmdarları tutacaq. Ona görə də 7 min otaq qalacaq. Bunlar Azərbaycana dəvət edə biləcəyimiz maksimal adam sayıdır. Əminik ki, bütün beynəlxalq biletləri sata biləcəyik. Çünki sayları məhduddur. Həm də satışın tez gedəcəyinə inanırıq. Biz əcnəbilər üçün satışı 10 minlə məhdudlaşdırmırıq. Sadəcə, bileti almamışdan öncə insanlar harada qalacaqlarına arxayın olmalıdırlar".
Qeyd edək ki, "Formula-1" üzrə Avropa Qran Prisi 2016-cı ilin 17 - 19 iyununda Bakı küçələrində keçiriləcək.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












