Fransa Türkiyəyə qarşı sanksiya tətbiqinə çalışır

"Röyters" xəbər agentliyi Fransa, Yunanıstan və Cənubi Kiprin Türkiyə iqtisadiyyatını hədəf alan sərt sanksiyaların tətbiqi barədə məqalə dərc edib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, xəbərdə qeyd olunub ki, Fransa Şərqi Aralıq dənizi böhranı ilə bağlı Avropa İttifaqına (Aİ) təzyiq göstərir. Bildirilib ki, sansiyaların irəli sürülməsinə baxmayaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan geri addım atmır.
Vurğulanıb ki, Avropa Parlamenti (AP) və Aİ Türkiyəyə qarşı sanksiya tətbiq edilməsini tələb edən bir qərar imzalayıb. Avropa Parlamenti 631 lehinə, 3 əleyhinə və 59 bitərəf səslə Kipri dəstəkləyən qanunu qəbul edib.
Məqalədə Cənubi Kiprin Aİ liderlərinə daha əvvəl Türkiyəyə qarşı sanksiyalar tətbiq olunması barədə addımlar atılması təklifi irəli sürdüyü bildirilib.
Qeyd olunub ki, Avropa Parlamenti Ərdoğanın bu ay Şimali Kipr ziyarətindən sonra belə bir qərara gəlib.
Həmçinin xəbərdə yazılıb ki, AP Türkiyənin Aralıq dənizində təbii qaz axtarışında olduğu qənaətinə gəlib və rəsmi Ankara iddiaları rədd edir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












