Fransadan Azərbaycana yüzlərlə avtobus gətiriləcək

«Paris şəhərlər arasında ən gözəlidir. Qeyd edim ki, Bakının qədim memarlıq əsərləri də Fransa memarlıq sənətindən ruhlanıb. Çünki Bakının XIX və XX əsrlərdə tikilmiş binalarına nəzər saldıqda, orada Avropa memarlıq üslubunun özünü büruzə verdiyini görərsiniz”. Bunu Prezident İlham Əliyev Fransa-Azərbaycan biznes forumunda deyib. "Əlbəttə ki, Avropa memarlığı deyəndə biz ilk növbədə Fransanı nəzərdə tuturuq. Bakının sürətli inkişafında biz inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmişik. Bu gün müasir texnikanın istehsalı sahəsində yenə də Fransa məhsullarının istehsalında yüksək zövq görürük", - deyə İlham Əliyev bildirib. Dövlət başçısı bildirib ki, Fransadan Azərbaycana avtobusların gətirilməsi gündəmdədir: "Əlbəttə ki, ictimaiyyət və mütəxəssislər avtobuslarla tanış olarkən Fransa avtobuslarına üstünlük veriblər. Bildiyimə görə, 150 avtobusun gətirilməsi ilə bağlı müqavilə imzalanmalıdır, 150 opsion vardır. Əminəm ki, gələcəkdə Fransadan yüzlərlə avtobus gətiriləcək. Çünki əhali artır, tələbat artır. Gələcək illərdə bir neçə min avtobusdan söhbət gedə bilər. Bu da ticarət dövriyyəsinin artacaq, eyni zamanda Bakı sakinlərinə Fransa səviyyəli xidmət göstəriləcək".
Elməddin
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












