Füzuli Beynəlxalq Hava Limanı və Zəngilanın Ağalı kəndində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional İdarəsi Füzuli Beynəlxaql Hava Limanında və Zəngilan rayonunun Ağalı kəndində inşa olunan “Ağıllı kənd ” layihəsində çalışan işçilər üçün seminar-müşavirə və maairfləndirmə tədbirləri keçirib.
APA-nın xəbərinə görə, tədbirlərdə qeyd olunub ki, Qarabağ Regional Mərkəzi əməkdaşlarının məqsədi Dövlət Yanğın Nəzarəti Xidmətinin tədbirlər planına uyğun olaraq, tikinti sahəsində çalışan işçilərin işğaldan azad olmuş ərazilərdə yanğın təhlükəsizlik tələblərini yerinə yetirmələrinə nail olmaq, inşa olunmuş tikintilərdə yanğın təhlükəsizliyi qaydaları və meşələrdə baş verəcək yanğınların qarşısını dərhal almaq bacarıqlarını artırmaqdır.Qarabağ Regional İdarəsinin rəisi, polkovnik-leytenant Təyyar Paşayev jurnalistlərə bildirib ki, işğaldan azad olan ərazilərdə uzun illər yaşayış olmadığından əraziləri kol-kos basıb, bu səbəbdəndə bir qığılcım, bir siqaret közü böyü yanğınlara səbəb ola bilər: “Məqsəd tikinti sahəsinin yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nail olmaq, fəhlə və qulluqçuları əyani vəsait göstərməklə yanğın təhlükəsizizlik qaydaları ilə tanış etməkdir.
Bir məqsədimiz də odur ki, gələcəkdə vətəndaşlarımız öz doğma yurdlarına qayıtdıqdan sonra ictimayi iaişə obyektlərində, yaşayış evlərində yanğın təhlükəsizliyi qaydalarına əməl olunsun”.
Vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşaması üçün belə tədbirlərin əhəmiyyətindən danışan idarə rəisi qeyd edib ki, bu istiqamətdə fəaliyyət bundan sonar da davam edəcək.
Füzuli Beynəlxalq Hava Limanıda olan FHN-əməkdaşları orada çalışan işçilərə əyani şəkildə yanğının söndürülməsi qaydalarını izah edib, yanğından mühafizə qaydalarından bəhs edən bukletlər paylayıblar.
“Azərbaycan Hava Yolları” Qapalı Səhimdar Cəmiyyətinin əməkdaşı Valeh Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib ki, hava limanının tikintisində istifadə olunan bütün materiallar beynəlxaalq standartlara uyğundur, alova dözümlüdür. V. Əmiraslanov bu kimi maarifləndirmə tədbirlərinin təşkilinin vacib olduğunu vurğulayıb: “Ümumiyyətlə, burada istifadə olunan bütün materiallar beynəlxalq terminallarda isdifadə olunan materiallardır. Materiallar seçilən zaman yanğın təhlükəsizliyi normaları nəzərə alınıb. Eyni zamanda, beynəlxalq standartlara və Azərbaycanın normalarına cavab verən avtomatik yanğınsöndürmə sistemi layihələndirilib, hazırda onun tikintisi davam etdirilir“.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO


















