Gecələr parkomatlara ödəniş edilirmi? - VİDEO

Paytaxtın müxtəlif ərazilərində quraşdırılan parkomatlara gecələr nəzarət zəif olur. Nəticədə bəzi sürücülər vəziyyətdən sui-istifadə edir.
Ərazidə parkomat var, avtomobillər də sıra ilə düzülüb. Bir parkomatın ərazisində hatta 10-15 avtomobil dayanıb. Ancaq heç birinin alın şüşəsində ödəniş qəbzi yoxdur. Yəni Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi tərəfindən qoyulan parkomatlara gecələr ödəniş edən azalır.
Məsələ parkomatların gecə nəzarətini gündəmə gətirir. Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, hər parkomatın yanında gecə-gündüz mütləq nəzarətçi olmalıdır.
Gecə boyu paytaxtın müxtəlif ərazilərində hətta avtomobili ödənişli yerdə saxlayıb evinə gedən sürücülərlə rastlaşdıq. Qanunda göstərilir ki, parkomatlar yaşayış binasının yaxınlığında olmamalıdır. Bir sözlə, parkomat birinci dərəcəli yolların kənarında qoyulmalıdır.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtomobil Nəqliyyatı İdarəsindən bildirilib ki, parkomatın yanında nəzarətçinin olması mütləq deyil. Nəzarətçinin olması sadəcə ilkin mərhələdə sürücüləri maarifləndirmək üçün nəzərdə tutulmuşdu. Dünya təcrübəsində də parkomatların yanında nəzarətçi olmur. Nəzarətçi olmayanda parkomata ödəniş edib-etməmək sürücülərin qanuna hörmətinə qalır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












