Gediş haqqı qalxdı, amma heç nə dəyişmədi - İnsanlar hələ də komfortsuz və köhnə avtobuslarda gedir
İctimai nəqliyyat, xüsusilə, avtobuslar gündəlik həyatın əvəzolunmaz hissələridir. Bakıda 2014-cü ildən etibarən “Bakubus” adlı yeni tipli və sərnişinlər üçün nisbətən daha rahat avtobuslar istifadəyə verilsə də, hələ də şəhərin bəzi ərazilərində köhnə avtobuslar fəaliyyət göstərir. Həmin avtobusların nə vaxt yenilənəcəyi isə sərnişinlər üçün maraq mövzusudur.
Nəzərə almaq lazımdır ki, iki avtobus arasında gediş haqqıda qiymət fərqi də mövcuddur. Belə ki, “Bakubus” avtobuslarında ən yuxarı gedişhaqqı 60 qəpik təşkil etsə də, köhnə avtobuslarda şəhərətrafı istiqamətə hərəkətdə gedişhaqqı 70, bəzi ərazilərə görə isə 80 qəpikdir. Belə desək, qiymət daha yüksək olsa da, xidmətin keyfiyyəti çox aşağıdır. Üstəlik bəzi köhnə avtobusların salonlarında natəmizlik də hökm sürür. Hələ xəttdə qapı və şüşələri qırıq, bir sözlə istismara yararsız avtobusların sayı da az deyil.
Bəs Bakının avtobus parkı tam nə vaxt yenilənəcək? İstismara yararsız avtobusların xəttdən çıxarılması ilə bağlı hansı addımlar atılır?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bir ildən çoxdur ki, mobilliyin transformasiyası proqramı həyata keçirilir.
“Əhalinin ictimai nəqliyyatda əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb. Artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərən 5 yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb.
Son 1 ildə Bakıya 200 avtobus gətirilib
Hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində uzunluğu 75 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır” - deyə məlumatda qeyd edilib.
Məlumatda o da qeyd olunub ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır.
“Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin, bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır”.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










