Gənc müəllimin şəhidlər haqqında kitabı nəşr olundu - FOTO

Azərbaycanın qəhrəmanlar yetişdirən gözəl guşələrindən biri olan Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəbinin müəllimi, gənc yazar Eldar İlqaroğlunun hazırda yaşadığı və doğma vətəni olan Boladi kəndinin şəhidləri haqqında yeni kitabı işıq üzü görüb.
Avtosfer.az xəbər verir ki, Vətən şəhidlərinin gözəl adı ilə zinətlənmiş "Boladi Şəhidləri" adlı bu dəyərli kitab müəllifin ikinci kitabıdir.
Kitabda Birinci və İkinci Qarabağ savaşında işğalçılara qarşı qəhramanlıqla döyüşən və canını fəda edən əziz vətən şəhidlərinin tərcümeyi-halları, döyüş yolları, ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri oxuculara təqdim olunur.
Kitabda həmçinin şəhidlərin təkcə qəhramanlıqla vuruşması deyil həm də hər kəsə örnək olacaq həyatları, insanlarla münasibətləri, ictimai fəaliyyətləri işıqlandırılıb.
Eldar İlqaroğlunun "Hamı təkdir bu dünyada" adlı ilk kitabı kimi "Boladi Şəhidləri" kitabı da oxucular, həmçinin Lənkəran rayonu və Boladi kənd ictimayyəti tərəfindən maraqla qarşılanıb.
Eldar İlqaroğlu hazırda yeni kitablar üzərində işləyir.
Biz də gənc yazara yaradıcılıq uğurları arzulayırıq.
Qeyd edək ki, Eldar İlqaroğlu 15.05.1985-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 2002-2006-illərdə Azərbaycan Ali Hərbiçilik məktəbini bitirib. 2006-2009-cu illərdə ixtisası üzrə orduda zabit olaraq, xidmət etmişdir. 2011-ci ildən Lənkəran rayon Boladi kənd tam orta məktəbinin hərbi rəhbəri vəzifəsində çalışır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












