Gəncədə dezinfeksiya işləri aparılıb - FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər davam edir.
Avtosfer.az-ın xəbərinə görə, son günlər ölkə ərazisində xəstəliyə yoluxanların sayında artım nəzərə alaraq, bu gün səhər saatlarından başlayaraq təsdiq olunmuş qrafikə əsasən, Gəncədə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilir.
Dezinfeksiya işlərinə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda texnikası və xüsusi təlim keçmiş əməkdaşları cəlb olunub. Mərkəzi küçələrlə yanaşı, şəhərin qəsəbə və yaşayış massivlərindəki küçələrdə də xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılır.
Eyni zamanda, MKTİB-nin əməkdaşları yaşayış binalarında, lift kabinələrində, binaların giriş qəfəslərində, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında və dayanacaqlarda da tibbi-profilaktik tədbirləri həyata keçirirlər.
Gəncə Şəhər İcra Hakimiyyəti sakinlərdən bir daha xahiş edir ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün vaksin olunsunlar, o cümlədən tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı

















