Gəncədə "şəpit", corab, siqaret oğusu tutulub - FOTO - VİDEO

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Nizami rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Anar Qurbanov cari ilin aprel və dekabr aylarının müxtəlif vaxtlarında şəhər ərazisindəki dörd fərdi yaşayış evindən, beş müxtəlif təyinatlı mağaza və bir köşkə qanunsuz olaraq daxil olaraq oradan ümumi dəyəri 12 469 manat olan müxtəlif növ məişət əşyaları, tütün və qida məmulatları, geyim əşyaları, xalça, mobil telefon və kompyuter avadınlaqrını oğurlayıb. A.Qurbanov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Hazırda saxlanılan şəxsin digər anoloji cinayətlərdə iştirak edib-etməməsi və törətdiyi cinayət hadisələrində digər şəxs və şəxslərlə cinayət əlaqələrinin olub-olmaması istintaq-əməliyyat tədbirləri ilə araşdırılır.
Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











