Gəncədə zəncirvari qəza: 4 yaralı

Gəncə şəhərində zəncirvarı yol-nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Yolla hərəkətdə olan "Qazel" markalı su daşıyan yük maşın “Niva” markalı avtomobillə toqquşub. İdarəetməni itirən yük maşını daha sonra yol kənarında dayanan “VAZ-2106” markalı avtomobilə, sonra isə ağaca çırpılıb. Baş vermiş avtoqəzada 4 nəfər, 27 yaşlı Mətləb Abbasov, 26 yaşlı Hafiz Rəhimov, 32 yaşlı İlqar Həsənov və onun qardaşı 27 yaşlı İntiqam müxtəlif xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, onların vəziyyətləri orta-ağırdır. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












