Gəncədəki YDM yük maşını sürücülərini görün necə aldadır - ŞİKAYƏT - VİDEO

Gəncə-Şəmkir yolunda fəaliyyət göstərən “Lykoil” yanacaqdoldurma məntəqəsində yük maşınlarına yanacaq çəninin tutumundan artıq yanacaq vurulduğu iddia olunur.
Avtosfer.az-ın məlumatına görə, bu barədə sürücülərdən biri sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, “Lykoil” yanacaqdoldurma məntəqəsində sürücülər mütəmadi olaraq aldadılır. Belə ki, şikayətçi “MAN” markalı yük maşınınlarının yanacaq çəninin 910 litrlik tutumunun olmasına baxmayaraq məntəqənin göstərici ekranında 951 litrlik benzinin sərf edildiyini göstərib. Daha sonra digər yük maşınlarının yanacaq çənini lentə alan sürücü eyni mənzərənin onlarda da yaşandığını bildirib. İşin acınacaqlı tərəfi isə tutumundan çox yanacaq sərf olunduğu ekranda görünsə də nəqliyyat vasitələrinin çəni tam şəkildə dolmayıb.
Sonda şikayətçi ərazidən keçən sürücülərə diqqətli olmalarını və sözügedən yanacaqdoldurma məntəqəsindən istifadə etməmələrini məsləhət görüb.
Nərmin
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib












