Gəncəyə uçmalı olan reys ləğv edildi: Sərnişinlər AEROPORTDA QALDILAR - VİDEO

Rusiyanın paytaxtı Moskvada yerləşən Vnukovo hava limanından Gəncə şəhərinə uçmalı olan reys 25 saatdır ki yubanır. Avtosfer.az xəbər verir ki, bu barədə Baku.ws-iə reyslə Azərbaycana gəlməli olan həmyerlilərimizdən biri məlumat verib. O bildirib ki, "Utair" aviaşirkətinə məxsus, ötən gün saat 05:40-da havaya qalxmalı olan Moskva-Gəncə reysi 20 saata yaxın gecikib, daha sonra isə ləğv olunub. Hazırda sərnişinlər hava limanında qalırlar və onlara dəqiq məlumat verilmir:
"Bizə deyirlər ki, Gəncə sizi qəbul etmir. Ancaq bilirik ki, bu, yalan xəbərdir. Gəncə hava limanı ilə də danışdıq, oradan da deyildi ki, Moskva tərəfi sizi buraxmalıdır. Biz tərəfdən bir problem yoxdur. İndi də Vnukovodan deyirlər ki, təyyarədə problem var. Bizə burada pis rəftar edirlər, üstəlik heç bir nümayəndə suallarımızı cavablandırmır", - deyə şikayətçi vurğulayıb.
Hava limanından kadrları təqdim edirik:
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb












