Gömrük və Diaspor Komitələri Anlaşma Memorandumu imzaladı - FOTO

Bu gün Dövlət Gömrük Komitəsi (DGK) ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Avtosfer.az-a DGK-dan bildirilib. Məlumata görə, Komitədə baş tutan tədbirdə sədr Səfər Mehdiyev bildirib ki, diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin məqsədinə çatmaq üçün dövlətimiz böyük yol qət edib.
Prezident İlham Əliyev, I vitse-prezident Mehriban Əliyeva ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində önəmli addımlar atıblar.
S.Mehdiyev vurğulayıb ki, diaspor quruculuğu dövlətçilik siyasətinin çox mühüm hissəsini təşkil etdiyi üçün DGK da bu işlərə öz töhfəsini əsirgəmir. Komitə indiyə qədər həm ölkə daxilində, həm də xaricdə gerçəkləşdirilən tədbirlərdə, xüsusilə, xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlər zamanı təşkil olunan sərgilərdə ölkəmizin mədəni-tarixi irsinin tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparıb-deyə sözünə davam edən DGK sədri gələcəkdə bu kimi tədbirlərin Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkilinin əhəmiyyətindən bəhs edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diasporunun fəaliyyətindən söz açıb, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələnin başladığını vurğulayıb. Komitə sədri xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını, Vətən müharibəsi dövründə və müharibədən sonra gördükləri işləri yüksək qiymətləndirib.
Sonra Anlaşma Memorandumu imzalanıb. Sənədi S.Mehdiyev və F.Muradov imzalayıblar.
Anlaşma Memorandumuna əsasən, DGK Azərbaycan mədəniyyəti və tarixininin təbliği, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına yönəlmiş təbliğat və təşviqat materialları ilə Diasporla İş üzrə Dövlət Komitəsinə təqdim edəcək. Diasporla İş üzrə Dövlət Komitəsiisə həmin materialların xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları və dost ölkələrin diaspor təşkilatlarına çatdırılmasını həyata keçirəcək.
Mərasimin sonunda tədbir iştirakçıları təqdim olunan təbliğat və təşviqat materialları ilə tanış olublar.




Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










