Gömrükdə nələr baş verir? - Şahin Bağırov ekspertlərlə müzakirələr apardı - FOTOLAR

Gündəm 12 Avqust 2024 16:38 Oxunub 270
Gömrükdə nələr baş verir? - Şahin Bağırov ekspertlərlə müzakirələr apardı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən həftənin şənbə günü Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovla görüşdük. Nəqliyyat və iqtisadiyyat sahəsi üzrə ekspertlərlə görüş artıq ənənə halını alıb. Şahin müəllim ötən görüşdən sonra görülən işlər barədə məlumat verdi, "bizi hansı yeniliklər gözləyir" sualını ətraflı cavablandırdı. Məlum oldu ki, indiyədək gömrük sistemində olan boşluqların bir çoxu aradan qaldırılırb. Burada əsasən informasiya texnologiyalarının verdiyi imkanlardan, süni intellektdən istifadə olunur. Bu sahəni yaxşı bilən mütəxəssilər gömrük orqanlarında getdikcə çoxalır.


Mənim üçün maraqlı olan sualları da Şahin Bağırov və DGK əməkdaşları cavablandırdı. "London taksiləri"nin aqibətindən başladıq. Məlum oldu ki, bu avtomobillərin çoxu hələ də gömrük rəsmiləşdirməsindən keçməyib. Buna görə də, onların taleyini həll etmək üçün bir neçə qurum birlikdə işləyir.

Qəzalı avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırmaq mümkün olmasa da, bu sahədə müəyyən addımların atılmasına ehtiyac var. Alverçilər sağlam avtomobilinin bəzi detallarını vurub əzib qəzalı maşın kimi ölkəyə gətirir və burada təmir edib satışa çıxarır. Bundan başqa, yeni avtomobili söküb detal şəklində ölkəyə gətirənlər də var. Əslində, qanun bunları qadağan etmir. Sadəcə bəzi alverçilər bunu qanunsuz yollarla etməyə çalışır ki, bu da onların cəzalanmasına səbəb olur.
Görüş zamanı böyük nəqliyyat dəhlizlərindən, xüsusən də Orta Dəhlizdən danışdıq. Məlum oldu ki, Azərbaycanın gömrük orqanları Orta Dəhliz layihəsinə tam hazırdır. Sadəcə bəzi ölkələr öz maraqlı naminə bu layihənin genişlənməsinə, populyarlıq qazanmasına əngəl olmağa çalışırlar. Ancaq DGK bu süni əngəlləri ifşa edərək tutarları addımlar atır.


Nəzərə almaq lazımdır ki, dünyanın ən nəhəng ölkələri nəqliyyat dəhlizləri hesabına hər il milyardlarla vəsait qazanır. Azərbaycanın dəstəklədiyi Orta Dəhliz layihəsi Böyük İpək Yolundan daha böyük layihə olacaq.


Gömrük Komitəsinin sədri görüş zamanı DGK-da korrupsiya ilə mübarizə tədbirlərindən da danışdı və bildirdi ki, neqativ əməllərə yol verən əməkdaşlar hələ də var. Ancaq onların ifşa olunması elə ilk növbədə Komitənin marağındadır. Son vaxtlar aşkar olunan korrupsiya hallarının da məhz Komitə özü aşkar edərək aidiyyatı üzrə yönləndirib.


Şahin Bağırov bir məmur kimi səmimi adamdır. İşləməyə, yeniliklərə çox həvəslidir. Ağıllı ideyaları dərhal qəbul edir və daha da genişləndirib inkişaf etdirməklə səmərəli iş mexanizmi qurur. Onun dediklərindən belə anlaşılır ki, gömrük sistemində o çoxlu incə məqamlar var ki, onları illərlə üzə çıxaran olmayıb. Nəticədə dövlət büdcəsinə ödənişlərə təsir edib. Görülən işlər nəticəsində milyonlarla əlavə vəsiatin büdcəyə ödənilməsi təmin edilib.


Görüşdə o da məlum oldu ki, ölkəyə gətirilən nəqliyyat vasitələri ilə bağlı tətbiq edilən utilizasiya haqqının yığılması prosesinə başlanandan bəri istehsal ili 7 ilə qədər olan nəqliyyat vasitələrinin gətirilməsində artım var. İstehsal ili 10 ilə qədər olanlar isə stabildir.


Azərbaycan gömrük orqanları bir neçə ölkənin gömrük orqanları ilə səmərəli əməkdaşlıq edir. Qonşu Gürcüstanla bu sahədə xeyli işlər görülüb və faydalı əməkdaşlıq edilir. Ancaq başqa imkanlar da nəzərdən keçirilir.


Bir sözlə, gömrükdə indi həqiqətən də gömrük işini bilənlər iş başındadır. Bu da inkişaf deməkdir.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh