Gömrükdə saxlanılan avtomobillərdən görün nələr çıxdı - DİQQƏT

Son vaxtlar, xüsusilə, qarşıdakı bayram günləri ərəfəsində bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərənpirotexniki və tezalışan mallar gətirməyə cəhd göstərirlər. Avtosfer.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, gömrükçülərin səyi nəticəsində bu kimi halların qarşısı alınır. Bu günlərdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikasının vətəndaşları - Mahmud Nəbiyevin idarə etdiyi “BMW 520” markalı nəqliyyat vasitəsindən 14220 ədəd, Azər Hüseynovun idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı nəqliyyat vasitəsindən 7000 ədəd, Elyar İsmayılovun idarə etdiyi “Peugeot-406” markalı nəqliyyat vasitəsindən 82550 ədəd, Sönməz Osmanovun idarə etdiyi “Opel Astra” markalı nəqliyyat vasitəsindən 5436 ədəd, Teymur Əliyevin idarə etdiyi “Mercedes Benz C180” markalı nəqliyyat vasitəsindən 40800 ədəd, Natiq Əhmədovun idarə etdiyi “BMW 520” markalı nəqliyyat vasitəsindən 12800 ədəd, Əbülfəz Ələkbərovun idarə etdiyi “VAZ 21703” markalı nəqliyyat vasitəsindən 57600 ədəd, Samir Musayevin idarə etdiyi “Mercedes Benz 200” markalı nəqliyyat vasitəsindən isə 20400 ədəd, ümumilikdə 240806 ədəd müxtəlif növ yüksək səs-küylə müşayiət olunan pirotexniki və tezalışan vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunaraq saxlanılıb. Bütün faktlarla bağlı araşdırma aparılır.
Fidan
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Final matçının fantastik bilet qiymətləri – Ən ucuzu və ən bahası
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT
Avropa Komissiyasının Prezidenti Bakıya niyə gəlib? - AÇIQLAMA
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır










