Gömrükdən keçid asanlaşdırılacaq - HAZIRLIQ GEDİR

Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Regional Tədris Mərkəzində “Beynəlxalq daşımalar zamanı sərhəd keçidinin asanlaşdırılması üzrə Milli Seminar” keçirilib. Avtosfer.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. DGK ilə BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) birgə təşkil etdiyi seminarda Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndələri də iştirak ediblər.
Seminarın açılışında çıxış edən Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov beynəlxalq daşımalar zamanı sərhəd-keçid proseduralarının asanlaşdırılması məqsədilə tətbiq edilən qanunvericilik bazası, “bir pəncərə” prinsipinin tətbiqinin bu istiqamətdə ümumi işə faydası, əməkdaşların potensialının artırılması və məlumatlandırılması, digər dövlət qurumları ilə bu sahədə əməkdaşlıq məsələləri barədə məlumat verib.
Daha sonra seminar işə başlayıb. Əvvəl “Azərbaycanda sərhəd-keçidinin və tranzit nəqliyyatının hazırkı vəziyyəti”, “Beynəlxalq daşımalarda özəl sektorun rolu” mövzularında yerli mütəxəssislər seminar iştirakçılarını məlumatlandırıb. Daha sonra isə UNESCAP-ın iqtisadi məsələlər üzrə mütəxəssisi Sandip Raj Ceyn (Sandeep Raj Jain), beynəlxalq logistika üzrə ekspert Jon Quambi (John Quamby) “Beynəlxalq avtomobil daşımaları zamanı qeyri-fiziki maneələrin aradan qaldırılmasında qoşqular/konteynerlərin rolu - Böyük Mekong Subregionunun təcrübəsi”, “Nəqliyyatın asanlaşdırılması üzrə 4 modelin təqdimatı və təklif olunan addımlar”, “Beynəlxalq dəmiryolu daşımalarının asanlaşdırılması üzrə ESCAP Regional Əməkdaşlıq Çərçivəsi (7/17 nömrəli qətnamə) və beynəlxalq avtomobil daşımalarının sadələşdirilməsi üçün ESCAP Regional Strateji Çərçivəsi”, “Daşımaların asanlaşdırılması üzrə subregional sazişlər” mövzularında çıxışlar edib.
Seminarın sonunda mövzuyla bağlı əlavə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Elmin
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR











