"Gorus-Qafan yolunun bağlanması son addım deyil" - AÇIQLAMA
Gündəm
26 Avqust 2021 14:03

"Ermənistan tərəfi imzalanan birgə bəyanatın şərtlərini 9 ayda bu və ya digər şəkildə pozursa, o zaman Azərbaycanın da bu bəyanatın şərtlərini yerinə yetirmək kimi məsuliyyəti aradan qalxır". Bu sözləri unikal.org-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert bildirib ki, Ermənistanın dolayısı yolla həmin ərazilərə silahlı qüvvələr yeritməsi və Rusiya sülhməramlılarının buna göz yumması Azərbaycanın daha radikal addımlar atmağa vadar edir: "Ermənilər bu cür addımlar atmaqla sanki Gorus-Qafan yolunun bağlanmasını israr etdilər. Digər tərəfdən isə Ermənistan sentyabrın 2-də separatçı rejimin seçkilərinə hazırlaşır. Nə sülhməramlı qüvvələrdən, nə də Ermənistan tərəfdən bu seçkilərin keçirilməsinin məqsədəuyğun olmadığı haqqında heç bir bəyanata rast gəlmirik. Separatçı rejim isə hazırlığını daha da intevsivləşdirir. Ola bilsin ki, bu onları daha da cəsarətləndirir. Belə olan halda Azərbaycan da daha adekvat addımlar ata bilər. Gorus-Qafan yolunun bağlanması son addım deyil. Əlimizdə kifayət qədər daha təsirli mexanizmlər var. Hesab edirəm ki, bu mexanizmləri işə salmazdan əvvəl rəsmi səviyyədə ultimatum səsləndirilməli və ya həmin seçkilərin həyata keçirilməsində Azərbaycanın imkan verməyəcəyi barədə tərəflər məlumatlandırılmalıdır. Əgər ultimatumlara reaksiya olmazsa, proseslər olduğu kimi davam edərsə və ya seçki keçirilərsə Azərbaycan o zaman müxtəlif təsirli vasitələrdən bu seçkinin qarşısını almaq üçün istifadə də bilər".
Oxunub : 1208
DİGƏR XƏBƏRLƏR
26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 10:00
Bəlkə kəmərə də bal tətbiq edilsin?
25 Noyabr 2026 22:30
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
25 Noyabr 2026 16:30
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
25 Noyabr 2026 08:48
Maşınla işə gedənlərə PİS XƏBƏR!
24 Noyabr 2026 20:45
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
24 Noyabr 2026 16:46
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
24 Noyabr 2026 16:09
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
24 Noyabr 2026 13:11
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
24 Noyabr 2026 10:30
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
ŞƏRH YAZ













