Göz rəngi dəyişikliyi şəxsiyyət vəsiqəsi üçün problem yaradacaqmı?

Son zamanlar cəmiyyətdə göz rənginin əməliyyat yolu ilə dəyişdirilməsi mövzusu geniş müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar bu dəyişikliyin şəxsiyyət vəsiqəsi alarkən problem yarada biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.
"Adi halda şəxsiyyət vəsiqəsi alanda gözümüzdəki eynəyi və ya linzanı çıxarmaq tələb olunur, bəs göz rəngini dəyişmək şəxsiyyət vəsiqəsi almağa problem yarada bilərmi və ya göz rəngi dəyişəndən sonra mövcud vəsiqəmizi dəyişməliyikmi?" - deyə vətəndaş sual edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
Avtosfer.az xəbər verir ki, qurumun Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov Oxu.az-a açıqlamasında vəsiqəni dəyişməyə ehtiyac olmadığını diqqətə çatdırıb.
"Biometrik şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən, şəxsin üz quruluşunun və yaxud göz rənginin dəyişdirilməsi onun kimliyini müəyyən etməkdə maneə yaratmır", - deyə E.İbrahimov bildirib.
Qeyd edək ki, müasir tibb elminin inkişafı sayəsində artıq göz rəngini dəyişdirmək mümkündür. Lazer texnologiyalarından istifadə etməklə həyata keçirilən bu əməliyyatlar son illərdə daha geniş yayılmağa başlayıb. Əsasən gözəllik və estetik məqsədlərlə edilən bu cərrahi müdaxilələr zamanı gözün təbii rəngi dəyişdirilir və vətəndaşın istədiyi rəng əldə edilir.
Mütəxəssislər bu əməliyyatların müəyyən riskləri və ciddi tibbi nəzarət altında aparılmalı olduğunu vurğulayırlar.
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS












