Güclü külək Zaqatala və Balakəndə elektrik enerjisinin verilməsində fasiləyə səbəb olub

Güclü külək Zaqatala və Balakəndə elektrik enerjisinin verilməsində fasiləyə səbəb olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti höküm sürür. Qeyri-sabit hava şəraiti bölgənin Zaqatala və Balakən rayonlarında daha çox müşahidə olunub. İyunun 14-ü axşam saat 22 radələrindən başlayaraq Zaqatala və Balakən rayonları ərazisində güclü külək əsib, leysan yağışları yağıb. Güclü külək hər iki rayonunda bəzi ərazilərdə ağacların budaqlarının qırılmasına səbəb olub, elektrik, rabitə xətlərində qırılmalar və qısaqapanlmalar baş verib. Bu səbəbdən ötən gün axşam saatlarından Zaqatala və Balakən rayonları ərazisinin 80 faiz ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Dağlıq ərazilərə yağan leysan yağışları səbəbindən Tala, Katex, Balakən və digər dağ çaylarında suyun səviyyəsi xeyli artıb. Gecə saatlarından Zaqatala və Balakən rayonlarının Paşlayıcı Elektrik Şəbəkəsinin əməkdaşları əraziyə ezam olunub, baş vermiş qəzaların aradan qaldırılması istiqamətində işlər aparıblar. Səhər saatlarına əksər ərazilərdə baş vermiş qəzalar aradan qaldırılıb, elektrik enerjisinin verilməsi bərpa edilib. Hazırda hər iki rayonun Paylayıcı Elektrik Şəbəkəsinin əmakdaşları qəzaların tam aradan qaldırılması istiqamətində təmir işlərini davam etdirirlər. Hazırda Zaqatala və Balakən rayonları ərazisində qeyr-sabit hava şəraiti davam edir, fasilələrlə yağış yağır.
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF












