Günəşdəki partlayışlarla zəlzələ arasında əlaqə varmı? - ARAŞDIRMA

Günəşdən gələn güclü enerji partlayışları Yer kürəsinin ionosfer qatına təsir edərək yer qabığındakı fay xətləri üzərində elektrik təzyiqi yarada və zəlzələlərə səbəb ola bilər. Avtosfer.az-ın məlumatına görə, Günəş partlayışları indiyədək əsasən qütb parıltıları və rabitə kəsintiləri ilə əlaqələndirilsə də, yeni elmi araşdırma bu enerjinin Yer kürəsinin dərinliklərinə qədər təsir göstərə biləcəyini iddia edir. Tədqiqatçılar ionosferlə yer qabığını nəhəng batareyanın iki ucu kimi izah edən model hazırlayıblar. Bu modelə görə, fay xətlərində yüksək təzyiqli və ion yüklü mayelər elektrik enerjisini saxlayan kondensator kimi davranır. Günəş partlayışları atmosferə çatdıqda ionosferdəki elektrik yükünü aşağı doğru itələyir və yer qabığındakı hissəciklər üzərində elektrostatik qüvvə yaradır. Yaranan təzyiq dəyişməsi isə fayların hərəkətə keçməsi üçün kritik həddə çata bilər. Araşdırmada 2024-cü ildə "Noto yarımadası"nda baş verən güclü zəlzələnin intensiv Günəş aktivliyi ilə eyni dövrə düşməsi bu nəzəriyyəni dəstəkləyən əsas nümunələrdən biri kimi göstərilir. Bununla belə, elmi ictimaiyyət bu yanaşmaya ehtiyatla yanaşır. Bir çox geofizik hesab edir ki, yer qabığındakı süxurların elektrik keçiriciliyinin zəif olması bu təsirin faylara çatmadan sönməsinə səbəb ola bilər. Həmçinin zəlzələlərin və Günəş partlayışlarının tez-tez baş verməsi onların eyni vaxta düşməsinin səbəb-nəticə əlaqəsindən çox statistik təsadüf ola biləcəyini göstərir.
Hazırda bu tədqiqat kosmik hava ilə zəlzələ riski arasında əlaqəni sübut etməyə çalışan iddialı model kimi qiymətləndirilir (Milli.az).
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












