Gürcüstan gömrüyü Azərbaycan və Türkiyə ilə sərhəddə baş verənlərlə bağlı açıqlama yaydı

Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti sərhəddə gömrük nəzarətinin pozulması ilə bağlı bu gün mətbuatda yayılan formasiyaya cavab olaraq bəyanat yayıb. Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, qurum rəsmi olaraq bəyan edib ki, ölkənin gömrük ərazisində malların daşınması, eləcə də fiziki şəxslər tərəfindən bütün buraxılış məntəqələri vasitəsilə sərhəddən keçirilməsi təxirə salınmadan həyata keçirilir. Bütün ölkə ərazisində gecə-gündüz iş rejimini təmin etmək məqsədilə gömrük əməkdaşlarının növbəsi artırılıb. Agentlik sabit beynəlxalq yük dövriyyəsini təmin etmək məqsədilə Türkiyə, Azərbaycan və Ermənistan gömrük orqanları ilə fəal koordinasiya aparır. Bütün nəzarət-buraxılış məntəqələrində müasir rentgen skanerləri quraşdırılıb ki, bu da yoxlama prosedurlarının daha sürətli aparılmasına və təhlükəsizliyin artırılmasına imkan verir. Gəlir Xidməti ictimaiyyəti sərhəddə yüklərə nəzarət prosedurları ilə bağlı yalan və potensial zərərli məlumat yaymaqdan çəkinməyə çağırır.
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb












