Gürcüstan-Rusiya sərhədi nəqliyyat vasitələri üçün bağlandı

"Yuxarı Lars" sərhəd-keçid məntəqəsi bütün növ nəqliyyat vasitələri üçün müvəqqəti olaraq bağlanıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Şimali Osetiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Gürcüstanın avtomobil yolları departamentinin bildirdiyinə görə, bu qərara səbəb "Kazbeqi" nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verən torpaq sürüşməsi olub. Rusiya-Gürcüstan sərhəd yolunda kilometrlərlə uzanan növbələr yaranıb. Quru sərhədində baş verən torpaq sürüşməsi ilə əlaqədar "Dariali" və "Yuxarı Lars" keçid məntəqələrinin təxliyəsi elan olunub. Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo "Telegram" kanalında dövlət sərhədini keçməyi planlaşdıran və ya keçid məntəqəsində gözləyən hər kəsdən müvəqqəti məhdudiyyətlərə anlayışla yanaşmağı xahiş edib.
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb












