Gürcüstana qanunsuz dizel yanacağı ixracının qarşısı alınıb

Gürcüstan gömrükçüləri son iki ayda Azərbaycandan 33 750 litr dizel yanacağının ölkəyə qanunsuz idxalının qarşısını alıblar.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Məlumata əsasən, qeyri-qanuni idxal yük avtomobillərinin sürücüləri tərəfindən “Qırmızı körpü” və “Laqodexi” gömrük-keçid məntəqələri vasitəsilə həyata keçirilib.
Gürcüstanın Gömrük Məcəlləsinə əsasən, bu cür əməllər qanun pozuntusu olduğundan cərimələr tətbiq edilib.
Gəlirlər Xidmətindən qeyd olunub ki, qanunvericiliklə beynəxalq avtonəqliyyat vasitələrinin standart çənlə yanacaq idxalına məhdudiyyət tətbiq olunur və ayda yalnız iki dəfə həyata keçirilə bilər. Tranzit yük maşınlarına isə 500 litr yanacaq idxal etmək icazə verilir.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












