Hansı halda əraziyə yeni marşrut xətti verilir? - RƏSMİ CAVAB

Mütəmadi olaraq Bakıda yeni marşrut xətləri istifadəyə verilir və ya mövcud xətlər dəyişdirilir.
Bəs görəsən bu hansı meyarlar əsasında həyata keçirilir?
Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bildirilib ki, marşrut şəbəkəsinin optimallaşdırılması və sakinlərin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə sərnişin tələbatına uyğun olaraq yeni marşrutların təşkili və ya mövcud marşrutların hərəkət sxeminin dəyişdirilməsi istiqamətində AYNA tərəfindən mütəmadi olaraq təhlillər aparılır.
"Müntəzəm sərnişindaşıma marşrutlarının təşkili zamanı sərnişin tələbatı ilə yanaşı yol infrastrukturu, ərazinin relyefi, avtobusların təhlükəsiz hərəkəti və manevr imkanları, o cümlədən geriyədönmə manevri üçün əlverişli şərait nəzərə alınır. Eyni zamanda, vətəndaşların müraciətləri əsasında da ərazilər təhlil edilir. Bu zaman qeyd olunan şərtlər təmin edildiyi təqdirdə marşrutun təşkili istiqamətində müvafiq addımlar atılır".
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












