Hansı qidalar böyrəklərdə daş yaradır? - Uroloqdan xəbərdarlıq

“Hər 10 nəfərdən birində böyrək daşı yaranır. Amma böyrək daşına daha çox kişilərdə rast gəlinir”. Bunu Bizim.Media-ya açıqlamasında Türkiyədə ixtisaslaşmış uroloq-androloq-cərrah, Bakı Sağlamlıq Mərkəzinin həkimi Zəbur Bağırov bilidirib.
Onun sözlərinə görə böyrək daşının yaranmasının əsas problemlərindən biri spirtli içki və kofeinin daha çox qəbuludur:
“Əlbəttə ki, daşın birinci yaranma səbəbi genetikdir. Ailədə daş xəstəsi varsa, bu ailənin övladları və nəvələri 40 yaşından sonra ən azı ultrasəs dediyimiz UZİ müayinəsindən keçməlidir. İlkin aşkar etdiyimiz daşlar xırda duz şəklində olarsa, onları müalicə etmək, parçalamaq və ya düşürmək şansımız var. Böyrək daşının yaranmaması üçün əsas faktorlardan biri maye, digəri isə qida qəbuludur. Qış aylarında 2, yay aylarında isə 2,5 litr su içmək lazımdır. Protein qidalardan uzaq durmaq vacibdir. İdmançılarda böyrək daşı daha çox rast gəlinir. Buna səbəb protein qidalardan istifadə etmələridir”.
Maraqlıdır, böyrəklərdə şiş, kista və daşlar aşkarlanarsa, əməliyyat mütləqdirmi?
Tanınmış həkim bu məsələyə belə aydınlıq gətirib:
“Böyrəklərdə olan şişlər, kista və daşlar demək olar ki, ağrı vermir. Təsadüfi ultrason və tomoqrafiya olunarkən müşahidə olunur. Böyrək kistaları qorxusuzdur. Mən 10 sm-ə qədər olan kistaları əməliyyat etmirəm. 6 aydan bir analiz və UZİ ilə izləyirəm. 10 sm-dən sonra olan kistalara ona görə əməliyyat tövsiyə edirəm ki, kistanın partlaması və ya hansısa travma yaranması ehtimalı var. Belə xəstələrə də özlərini travmalardan qorumalarını məsələhət bilirəm. Erkən diaqnoz qoya biliriksə, orqanqoruyucu əməliyyatlar icra edə bilirik”.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












