Hasar söküldü, SOCAR-ın sirli obyekti üzə çıxdı - FOTOLAR

Bakının Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində, Binəqədi rayonu, Əhməd Rəcəbli 156 ünvanında uzun müddətdir aparılan söküntü-tikintinin nə olduğu qismən aydınlaşıb. Avtosfer.az xəbər verir ki, ötən gün 2 hektar ərazinin Ziya Bünyadov prospektinə baxan hissəsinin hasarı sökülüb. Bəlli olub ki, artıq orada SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi inşa edilib. Yanacaqdoldurma məntəqəsinin qısa müddətdə istifadəyə hazır olacağı təxmin edilir.
Hasarın sökülməsindən sonra üzə çıxan digər tikilinin mahiyyəti isə bəlli deyil.
Qeyd edək ki, əsasən avtopark olan, Ziya Bünyadov prospektinə baxan hissəsində isə avtomobil hissələri və tikinti materialları mağazaları yerləşən ərazidə söküntü işləri bu ilin ikinci rübündə başlamışdı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən saytımıza bildirilmişdi ki, ərazidə hər hansı söküntü və ya tikinti ilə bağlı komitəyə müraciət daxil olmayıb. Daha sonra komitə ərazidə abadlıq işlərinin aparıldığını vurğulamışdı.



Mənbə: Axar.az
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












