Həbs edilən daxili işlər naziri general rütbəsindən məhrum edildi
Gündəm
24 Sentyabr 2021 13:01

11 il müddətinə azadlıqdan məhrum edilən Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsi ilə bağlı bəzi detallar məlum olub. Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sabiq nazir Ə.Əhmədovun həbsindən öncə iki ay istintaqdan gizlənib və axtarışa verilib. Belə ki, onun barəsində 2020-ci il dekabrın 15-də həbs qətimkan tədbiri seçilib, lakin istintaqdan yayındığı üçün faktiki olaraq həbs edilməyib. O, 2021-ci il fevralın 25-də Bakıda saxlanılaraq həbs edilib. Əhməd Əhmədov Şərur rayonunun Tumaslı kəndində anadan olub, lakin vəzifədən çıxarıldıqdan sonra Bakıya köçərək Sabunçu rayonunda yaşamağa başlayıb. Həmçinin, məhkəmənin hökmü ilə Ə.Əhmədovun “daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib. Hökmün icrası üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilib.
Qeyd edək ki, Ə.Əhmədov 2000-2017-ci illərdə Naxçıvanda daxili işlər naziri olub.
Oxunub : 1156
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
9 Oktyabr 2026 16:41
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
9 Oktyabr 2026 11:00
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
9 Oktyabr 2026 10:34
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
9 Oktyabr 2026 10:00
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
9 Oktyabr 2026 08:38
Bu yollarda tıxac var - SİYAHI
ŞƏRH YAZ












