Həftəsonu onlayn xidmət göstərən restoranlar cərimələndi

Noyabrın 21-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bir neçə sahibkar müraciət edərək bildirib ki, bu gün restoran və dönərxanalarda çatdırılma xidməti vasitəsilə fəaliyyət göstərdikləri üçün işçilər və rəhbər şəxslər müxtəlif məbləğlərdə cərimə ediliblər.
Qərarda göstərilən “yerində xidmət” ifadəsinə görə, sahibkarlar onlayn fəaliyyətə, kuryer vasitəsilə çatdırılma etməyə icazə verildiyini düşünüblər. Nəticədə həftə sonları çatdırma edən bir çox restoran və məşhur dönərxanalar cərimələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həftə sonları marketlər, apteklər və onları məhsulla təmin edən sahələrdən başqa bütün xidmətlərin fəaliyyəti qadağandır:
“Onlayn satış, kuryer vasitəsilə çatdırılma fəaliyyətinə də icazə verilmir. Bununla bağlı həftə sonları da polis əməkdaşları tərəfindən müvafiq yoxlama və reydlər keçirilir”.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












