«Hər bir nəqliyyat vasitəsi nəzarətdə olacaq»

“Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əsas funksiyası nəqliyyatın idarə edilməsi olduğundan, qurumun daha çox Nəqliyyat Nazirliyinin tabeliyində olması daha düzgündür”. Bunu “APA-Economics”ə nəqliyyat nazirinin müavini Musa Pənahov “son günlər mətbuatda NİİM-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyinə keçməsi” haqda yayılan xəbərləri şərh edərkən bildirib. “Mərkəzin əsas məqsədi nəqliyyatın idarə olunmasından ibarətdir. Harada bir rabitə sözü varsa, onu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bağlamaq sözsüz ki, düzgün deyil”, - deyə nazir müavinin bildirib.
M.Pənahov həmçinin əlavə edib ki, gələn il Bakıda keçiriləcək I Avropa Yay Oyunları ilə əlaqədar həmin dövründə nəqliyyatın idarə olunması, tənzimlənməsi məsələsi NİİM tərəfindən həyata keçiriləcək. “Hər bir nəqliyyat vasitəsi nəzarətdə olacaq ki, onların vaxtında həm idman saraylarına çatması, eyni zamanda məsələn, qonaqların şəhərə baxmaq istəkləri olarsa, bunu icra etmək olacaq. Bir sözlə, bu mərkəz menecmentdə əsas rol oynayacaq”, - deyə o qeyd edib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












