Hərbçilərimiz Qafan-Gorus yolunu bağladı - Ermənilər təşvişə düşdü

Qubadlı istiqamətində dünən Azərbaycan Ordusunun əsgərinin erməni hərbçiləri tərəfindən hücuma məruz qalmasından sonra Qafan-Gorus avtomagistralının Azərbaycan ərazisindən keçən hissəsi qapadılıb. Bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb. Məlumata görə, yol dünən gecə 23:00-da qapadılıb, yolda qalan nəqliyyat vasitələri isə buradan evakuasiya olunub. Ermənistanın ombudsmanı Arman Tatoyan isə ərazidə qalan mülki nəqliyyat vasitələrinin çıxarılmasına Azərbaycanın izn verdiyini, amma yolun qapalı saxlanıldığını bildirib. O, hazırda Rusiya sərhədçilərinin Azərbaycanla danışıqlar apardığını söyləyib.
Qeyd edək ki, dünən Azərbaycan Sərhəd Xidməti Qubadlı rayonu ərazisində iki erməni hərbçinin hərbçimizə hücum etdiyini və onu yaraladığı haqqında məlumat yaymışdı.
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH












