Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini dəfn olundu

Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, polkovnik Mayis Orucəliyev dəfn edilib.
“Report”un məlumatına görə, uzun sürən xəstəlikdən sonra Türkiyədə dünyasını dəyişən hərbçinin cənazəsi ötən gün axşam saatlarında vətənə gətirilib.
Mərhum doğulduğu Biləsuvar rayonunun İsmətli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Orucəliyev Mayis Mirzəyar oğlu 1972-ci ildə anadan olub. Birinci Qarabağ və Vətən müharibəsində iştirak edib.
Prezidentin sərəncamı ilə Vətən müharibəsində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Qarabağ” ordeni ilə təltif edilib.
Bundan başqa, o, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Bir ildən çox idi ki, ehtiyata çıxmışdı.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












