Hərbi təyyarələr Zəngəzura nə üçün gəlib? – VİDEO

KİV-də yayılan məlumatlara görə, avqustun 2-3-də ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə qalxıb.
ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçünyeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib.
Qeyd olunur ki, ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən İranda kəşfiyyat işləri aparır.
Avtosfer.az xəbər verir ki, Bakupost.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistandakı ABŞ səfirliyinin qonşu ölkələrlə bağlı kəşfiyyat işləri apardığı barədə fikirlərin çoxdan mövcud olduğun deyib.
Onun sözlərinə görə, hələ illər öncə bu səfirliyin İrana qarşı da kəşfiyyat işləri aparacağı deyilirdi:
“Belə fikirlər səsləndirilirdi. Diplomatlar zarafatla deyirdilər ki, bu, ABŞ-ın İrandakı səfirliyidir, sadəcə hələ ki, Ermənistanda yerləşir”.
Politoloq bildirib ki, Zəngəzura eniş edən təyyarələrlə bağlı məlumat da öz təsdiqini tapmalıdır:
“Biz bilirik ki, bir çox dövlətlər bu məsələni diqqətdə saxlayır. İran da, Rusiya da, təbii ki, Azərbaycan da. Ermənistana hərbi avadanlığı nə məqsədlə gətirdiklərini isə açıqlamalıdırlar”.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












