Horadiz-Ağbənd dəmir yolunda tikilən körpü ilə bağlı planlar açıqlanıb

Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də yerləşən körpünün hərəkət tavasının izolyasiya işlərinin başlanması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə jurnalistlərə Şərqi Zəngəzurda yenidən qurulan, Horadiz - Ağbənd dəmir yoluna media turu çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin şöbə müdiri Fəryaz Rüstəmov bildirib.
Məlumata görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də yerləşən körpünün uzunluğu 771 metrdir və 23 aşırımdan ibarətdir. Körpünün dayaqları diametri 1200 mm olan monolit dəmir-beton qazma-doldurma svayların üzərində layihələndirilib.
Şöbə müdiri qeyd edib ki, sözügedən körpünün tikintisinin səbəbi dəmir yolunun bu həssədə Xudafərin su anbarına yaxın yerləşməsidir.
"Körpünün dəmir-beton işləri tamamlanıb, hərəkət tavasının izolyasiya işlərinin başlanması planlaşdırılır", - Fəryaz Rüstəmov bildirib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












