Horadiz Fatehi – Asif Məmmədovun hekayəsi

Torpaqlarımıza düşmən təcavüzü başlayanda ərazi bütövlüyümüzü qorumaqdan ötrü yüzlərlə polis əməkdaşı kimi döyüşə atılanlardan biri də Asif Məmməd oğlu Məmmədov olub.
Avtosfer.az xəbər verir ki, həmin ağır illərdə o, Füzuli Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti Bölüyünün komandiri, 1995-ci ildən isə Şəxsi heyətlə iş üzrə rəis müavini vəzifəsində xidmət edib.
Azərbaycanın Milli Qəhrəmanları - Pəhlivan Fərzəliyevin və Nazim Quliyevin komandiri olan Asif Məmmədov Füzuli rayonunun Horadiz qəsəbəsinin və 23 kəndin işğaldan azad olunmasında həmkarları ilə birgə şücaətlər göstərib, düşmənə qan uddurub.
Qeyd edək ki, Asif Məmmədov 1954-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində müəllim ailəsində doğulub. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda, daha sonra Polis Akademiyasında təhsil alıb. Sahə inspektoru kimi xidmətə başlayıb və Şəxsi heyətlə iş üzrə rəis köməkçisi vəzifəsinədək yüksəlib. 2010-cu ildə isə xidmətdə olmanın son yaş həddi ilə təqaüdə çıxıb, 2022-ci ilin iyulunda dünyasını dəyişib.
Qeyd edək ki, Asif Məmmədovun oğlu Azər Məmmədzadə də hazırda polis zabiti kimi xidmət göstərir.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI












