"Hyundai" "07"yə çırpıldı: sürücülər bir-birini günahlandırır - VİDEO

Bakının Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Qəza Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki dairədə qeydə alınıb. Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "VAZ-2107" və Azadlıq prospekti ilə hərəkət edən "Hyundai" markalı avtomobillər dairədə toqquşub. Toqquşmadan sonra avtomobillərin hər ikisi bir neçə metr sürüklənib.
Hadisə yerinə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gələrək, ilkin müayinələr aparıblar. "Hyundai" markalı avtomobilin sürücüsü iddia edib ki, "VAZ-2107"-nin sürücüsü "Dayan!" nişanının tələbinə əməl etməyib və dairəvi hərəkətdə olan "Hyundai"yə yol verməyib. Digər sürücü isə əks tərəfi sürət həddini aşmaqda günahlandırır.
"VAZ-2107"-nin sürücüsü Afərin Nəbiyev: "Gəlib dairədə dayandım. Sonra hərəkətə başladım. Amma o biri maşın hansı sürətlə gəldisə, mənim maşınımı sürüyüb gətirdi bura. Sonra da dedi ki, günahkar sənsən".
Hadisənin dəqiq səbəbi aparılan araşdırmalardan sonra veriləcək. Araşdırma zamanı ərazidəki təhlükəsizlik kameralarının görüntülərindən də istifadə olunacaq.
APA TV
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












