İcra Hakimiyyətindən yol - Açıqlaması

Lənkəran Şəhər İcra Hakimiyyətindən Avtosfer.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ayrılmış 3,2 milyon manat vəsait hesabına əsaslı şəkildə yenidən qurulmuş 11,5 km-lik Aşağı Nüvədi-Kənarmeşə-Şürük magistral avtomobil yolu rayonun 12 min nəfər sakininin yaşadığı 8 kəndi birləşdirir. Yol başdan-başa əsaslı təmir olunaraq genişləndirilib və asfaltlanıb. Aşağı Nüvədi-Kənarmeşə-Şürük magistral avtomobil yolu kimi internetdə təqdim olunan görüntü isə Aşağı Nüvədi qəsəbəsinin daxili məhəllərindən birinin torpaq yataqlı ara yoludur.
Əsaslı təmir olunaraq asfaltlanmış Aşağı Nüvədi-Kənarmeşə-Şürük magistral avtomobil yolunun görüntüsünü təqdim edirik.
Qeyd edək ki, kənd sakinləri “Qafqazinfo”ya video göndərərək yolun yararsız vəziyyətdə olduğunu qeyd ediblər. Onlar bildiriblər ki, dövlət başçısı 14 aprel 2015-ci il sərəncamı ilə on üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən həmin yolun tikintisi üçün Lənkəran İcra Hakimiyyətinə 3,2 milyon manat ayırmışdı.
“Qafqazinfo” sakinlərin göndərdiyi yolunun görüntüsünü təqdim edir:
Sumqayıtda şəhidin adına olan küçədə torpağın üstündən asfalt çəkilib - VİDEO
Paytaxtın bu küçələrində sıxlıq var - FOTO
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO










