III Şuşa Qlobal Media Forumu başa çatıb

İyulun 19-dan etibarən öz işinə başlayan və üç gün davam edən III Şuşa Qlobal Media Forumu yekunlaşıb. Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Forum çərçivəsində bir sıra aktual panellər təşkil olunub. “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı”, “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” və “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media Savadlılığının əhatəsində” mövzularında keçirilən müzakirələrdə beynəlxalq ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri fikir və təcrübə mübadiləsi aparıblar.
Qeyd edək ki, “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş tədbirə 52 ölkədən 140-a yaxın nümayəndə qatılıb.Onların arasında 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat, 80-ə yaxın media qurumu və digər aidiyyəti sahələrin təmsilçiləri yer alıb.
Tədbir çərçivəsində iştirakçılar Ağdama səfər edərək Ağdam İmarət Kompleksi, Sənaye Parkı, dəmir yolu və avtovağzal kompleksi ilə tanış olublar. Forumun sonunda isə açıq havada konsert proqramı və şam yeməyi təşkil olunub.
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb












