İlham Əliyev Ərdoğana görə qiymətləri aşağı saldı - Cədvəl

Azərbaycan gəmiçilik tariflərini azaldıb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Avtosfer.az-a daxil olan məlumata görə, Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar, Prezident İlham Əliyevin müvafiq göstərişlərini rəhbər tutaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edir.
Yeni tarif sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Aktau və ya Aktau-Bakı) daşınması üçün 1,200 ABŞ dolları məbləğində müəyyənləşdirilir. Geri dönüş üçün bilet öncədən alındığı halda, bu tarif hər iki istiqamətə bir qədər də aşağı, cəmi 2,100 ABŞ dolları təşkil edəcək.
QSC bildirir ki, Bakı-Aktau və Aktau-Bakı istiqamətlərində daşımalar Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanından aparılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar













