İlham Əliyev G20-yə bu təyyarə ilə gedəcək - FOTO
Noyabrın 15-16-da dünya ölkələrinin liderləri Türkiyəyə toplaşacaq. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Antalya şəhərində G20 ölkələri liderlərinin sammiti baş tutacaq. Artıq aylar öncədən Antaliya liderlərin qəbuluna ciddi cəhdlə hazırlaşır. Şəhərdə təhlükəsizlik ən yüksək həddə çatdırılıb, yollar yenilənib, otellər hazır vəziyyətə gətirilib.
Zirvə toplantısında 12 prezident, 11 baş nazir qatılacaq. Ümumilikdə Antaliyaya 13 min insanın gələcəyi gözlənilir. Mətbuat nümayəndələrinin sayı isə 3 min olacaq. 12 min nəfər təhlükəsizliyi qoruyacaq. Azərbaycan da Türkiyənin xüsusi dəvətlisi kimi G20 toplantısına dəvət edilib.
G20 zirvəsi ancaq dünya liderlərinin gəlişi ilə yox, həm də onların VİP təyyarələri bütün diqqətləri üzərinə çəkəcək. Ən çox texnologiya ilə təhciz ediləcək təyyarələrin eniş edəcəyi Antalya hava limanı əsl “Airshow”nu xatırladacaq.
Milyonlarla dollar qiyməti olan təyyarələrin əksəriyyəti "Boeing 747" tipli nəhəng hava gəmiləridir.
Onlardan ən diqqətçəkəni ABŞ prezidenti Barak Obamanın təyyarəsidir. Təyyarə raketlərdən müdafiə sistemi ilə təhciz edilib. “Air Force One” (Hava Qüvvələri 1) bir çox filmlərin də mövzusu olub. "Boeing" şirkətinin 1990- cı ildə istehsal etdiyi nüvə savaşı zamanı belə idarə edilə bilər. Fövqəladə vəziyyət olarsa prezident oranı bir kapsulun köməkliyi ilə tərk edə bilər. Onun içərisində 85 telefon var. Bütün sistemlərin iki ehtiyat variantı var. Pilotlar hərbi təyyarələrin pilotları arasından seçilir. Təyyarənin istismar müddəti 2023-cü ildə bitir. Onu 747-8 seriyasından olan təyyarə əvəz edəcək.
Obamanın təyyarəsi
Rusiya lideri Vladimir Putinin təyyarəsi də Obamanınkindən dala qalmır. Təyyarə bir dəfəyə 12 kilometrdən artıq uçuş həyata keçirə bilər. "Ilyushin 96-300” təyyarəsində duş, bar, yataq otağı, iş masası, toplantı salonu var. Təyyarənin dizaynı Kremli xatırladır. Bu hava gəmisi nüvə silahı hücumlarına da qarşı təhlükəsizlik sistemləri ilə təhciz edilib. Təyyarənin daxili dizaynı dövlət sirri hesab edilir.
Rusiya liderinin hava gəmisi
Son anda dəyişiklik olmasa liderlər aşağıdakı təyyarələrlə Antalyaya gələcəklər.
Fransa prezidenti Fransua Olland - Airbus 330-200
Çin Xalq Respublikasının baş naziri Şi Jinping - Boeing 747
Braziliya prezidenti Dilma Rousseff - Airbus 319
Almaniya kansleri Angela Merkel - Airbus A319
İndoneziya lideri Joko Vidodo - Boeing 737-800
Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz - Boeing 747
Azərbaycan prezidenti İlam Əliyev - Boeing 767-300
Kanada baş naziri Stefen Harper - Airbus A310-300s (CC-150 Polaris)
Cənubi Afrika Respublikası Jakob Zuma - Boeing 737 (BBJ)