İlham Əliyevdən Türkiyəyə böyük yol jesti

Prezident İlham Əliyevin təlimatıyla Orta Asiyaya gedən türk yük maşınları Azərbaycandan keçəcək. Avtosfer.az Yeni Şafak qəzetinə istinadən xəbər verir ki, Azərbaycan Rusiya gömrüyündə maneələrlə rastlaşan yük maşınlarının Qazaxıstan, Qırğızıstan və Tacikistana getməsi üçün öz qapılarını Türkiyəyə açıb. Türkiyə Xarici İşlər Nazirliyinin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinə (UND) verdiyi məlumata görə, Rusiyadan tranzit keçid etmək istəyən Türkiyə nömrəli maşınlar Xəzər dəhlizindən istifadə edəcək. Mövlut Çavuşoğlu Azərbaycana səfəri zamanı bu problemi həmkarı Elmar Məmmədyarovla bölüşüb.

Məmmədyarov sözügedən məsələni Azərbaycan dövlət başçısı İlham Əliyevə çatdırdığı bildirib. Əliyev bu xahişi müsbət qarşılayıb, türk yük maşınlarının keçidi üçün bütün növ xidmətin göstərilməsi təlimatını verib. Təlimatdan sonra iki ölkə nümayəndələri məsələni müzakirə edib, türk sürücülərin viza və digər problemlərlə rastlaşmayacaqlarıı qeyd olunub.
UND icra heyəti başçısı Fatih Şener açıqlamasında indiyənədək xərclərin yüksək olduğu üçün bu tranzit yoldan istifadə etmədiklərini bildirib.

Şener Orta Asiya, Qafqaz və Türkiyəni bir-birinə bağlayacaq bu yolun daimi olmasının vacibliyini qeyd edib: “Rusiya böhranı yaşandığı bir vaxtda Azərbaycan zərər çəkmiş yük maşınlarımıza sahib çıxdı. Azərbaycan dövlət başçısı İlham Əliyev tranzit keçidlərinin asanlaşdırılması təlimatını verdi və bunun üçün iqtisadiyyat naziri başçılığında bir komitə yaradıldı. Azərbaycan tərəfindən də gəmi və liman qiymətlərində 50 faiz endirim gözləyirik”.
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır
Regional Bağlantı İnvestisiya Konfransı Bakıya nə qazandıracaq? – EKSPERT
Arzum məhkəmə zalında HƏBS EDİLDİ - FOTO
Azərbaycanın 108 il keşiyində xidmət - 2 İyul “Polis günü”
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO










