İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT

Gündəm 14 Avqust 2026 18:26
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
WhatsApp kanalımıza abunə olun

"İş və dərs saatlarının vaxtının dəyişdirilməsi, yəni bütün iş yerlərinə, bütün təhsil ocaqlarına aid olan bir məsələ deyil".

Avtosfer.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlaması zamanı nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, sadəcə, Dövlət Proqramında da bu cür bir məsələ ortaya qoyuldu ki, bəli, iş və dərs saatlarının dəyişdirilməsi ilə bağlı ağıllı yanaşmalar həyata keçirilməlidir Ancaq bunun üçün ciddi təhlillər aparılmalıdır:

"Yəni, ciddi araşdırma aparılmalıdır ki, konkret hansı təhsil ocaqları şəhərin hansı nöqtələrində tıxac yaradır, sıxlığa səbəb olur. Burada dərs saatlarının dəyişdirilməsi hansı effekti verə bilər və ya iş saatlarının dəyişdirilməsi ilə bağlı hansı zərurət yaranır, hansı iş yerlərində nə kimi addımlar atmaq olar.

Yəni, bax, bu cür yanaşmalar ola bilər. Ancaq birdəfəlik durub hansısa idarəni bağlamaq lazım deyil və ya iş saatını dəyişmək lazım deyil ki, bununla bütün problem həll olunsun.

Ciddi təhlillərə ehtiyac var. Köhnə-koranə verilən qərarlar heç vaxt müsbət nəticə vermir. Ona görə də ciddi təhlillər aparılmadan bu işləri görmək, mənə elə gəlir ki, düzgün deyil.

İndiki halda, bəli, buna zərurət var, ehtiyac var və bu artıq qaçılmaz bir prosesə çevrilib. İş və dərs saatlarının dəyişdirilməsi məsələsinə baxılmalıdır və sıxlığın, tıxacın qarşısının alınması üçün hansısa addımlar atılmalıdır. Çünki buna bu gün ehtiyac var. Yəni desək ki, belə bir ehtiyac yoxdur, zərurət yoxdur, əslində var".

Oxunub : 262
ŞƏRH YAZ
Ad

E-mail

Şərh