İsa Həbibbəyli Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verdi - GİZLİ TƏYİNAT

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ramiz Mehdiyevin yaxın kadrı Aynur Cavanşir qızı Günəşlini Rəyasət Heyətində Elm və Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə gətirib. Avtosfer.az xəbər verir ki, bu barədə nocomment.az-a verilən məlumatda iddia edilib. İddiaya əsasən, iclasda bu məlumatın gizli saxlanması, mətbuata yayılmaması tapşırılıb. Qeyd edilib ki, Aynur Cavanşir qızı Günəşli isə Ramiz Mehdiyevin dövründə xüsusi məxfi sənədlərin hazırlanmasında, struktur islahatlarında və işçilərin kütləvi ixtisarında əsas rol oynamışdı.
![]()
AMEA prezidentinin bu davranışı ekspertlər və işçilər tərəfindən Ramiz Mehdiyevə sədaqət nümayişi kimi qiymətləndirilir. Həmin iclasda akademik İsa Həbibbəyli Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədliyə Aynur Günəşlinin tezliklə dissertasiya müdafiə etməsi üçün təcili tapşırıq verib. Nadir Məmmədli isə institutun Dissertasiya Şurasında 100-dən artıq dissertant və doktorantın növbədə gözləməsinə baxmayaraq, Aynur Günəşlini ilk sıraya daxil edib. Bu addım institut işçiləri və növbədə olanlar arasında ciddi narazılıq yaradıb, qalmaqala səbəb olub və dava-dalaşa gətirib çıxarıb.
Qeyd olunur ki, Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli də Ramiz Mehdiyev tərəfindən təyin olunmuş direktorlar sırasındadır. Eyni zamanda, Ramiz Mehdiyev tərəfindən təyin olunan Abbas Seyidov (Arxeologiya İnstitutu) və Məmməd Əliyev (Elmi Kitabxana) vəzifəsindən azad edilsə də, Nadir Məmmədli hələ də direktorluq vəzifəsində qalır.
Xatırladaq ki, Ramiz Mehdiyev tərəfindən AMEA-ya gətirilmiş və mühüm vəzifələrə təyin olunmuş şəxslər arasında Eldar Əmirov və Seyfəl Həsənov da vardı. Daha sonra Əmirov və Həsənov işdən çıxarılıb, AMEA-nın Aparatı Rəhbəri vəzifəsi ləğv edilib. Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov həbs olunub.
Qeyd edək ki, adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












